Bank Of Baku

Çanaqqalada şəhid olmuş azərbaycanlılar haqqında məlumatlar əldə edilməsi üçün araşdırma aparılır

Çanaqqalada şəhid olmuş azərbaycanlılar haqqında məlumatlar əldə edilməsi üçün araşdırma aparılır
# 19 mart 2009 15:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıdakı Beynəlxalq Diaspora Mərkəzi və Türkiyədəki Azərbaycanlıların Dayanışma Dərnəyi 1915-ci ildə Çanaqqalada şəhid olmuş azərbaycanlılar haqqında məlumatların əldə edilməsi üçün araşdırmalara başlayıblar. BDM-dən APA-ya daxil olan məlumata görə, adı çəkilən qurumların təmsilçiləri Çanaqqala döyüşlərinin ildönümü ilə bağlı Türkiyədə keçirilən tədbirlərdə iştirak ediblər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və ölkənin digər rəsmilərinin də qatıldığı tədbirlərdə ilk dəfə olaraq Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin üzvləri – Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və professor Vaqif Arzumanlı baş nazir R. T. Ərdoğan, müdafiə naziri Vəcdi Könül, Çanaqqala bələdiyyəsinin sədri, Çanaqqala valisi və digər rəsmilərlə görüşlər keçiriblər. Görüşlərdə Çanaqqalada azərbaycanlıların da şəhid olduğu bildirilib və onların xatirəsini əbədiləşdirmək təklifi irəli sürülüb. Türkiyəli rəsmlər bu təklifə dəstək verəcəklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR