Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat fəaliyyətini davam etdirə bilər

Qarabağ və Respublika Uğrunda Hərəkat fəaliyyətini davam etdirə bilər
# 23 mart 2009 08:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların ümumi fikri bundan ibarətdir ki, hərəkatın fəaliyyətini davam etdirsinlər. Amma bununla bağlı hələlik rəsmi qərar yoxdur”. Bunu APA-ya açıqlamasında hərəkata daxil olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, referendum ərəfəsində bir araya gələn partiyalar birgə fəaliyyətin səmərəli olduğunu düşünürlər: “Buna görə də bayram tətilindən sonra hərəkat üzvləri bu məsələni müzakirə edib konkret qərar qəbul etmək fikrindədirlər”.

Hərəkata daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da hərəkatın fəaliyyətinin davam etdirilməsini vacib sayıb: “Hərəkatın fəaliyyətini bitmiş hesab etmək olmaz. Çünki hərəkat referendumla bağlı yaradılıb və referendum prosesi yekunlaşmayıb. Digər tərəfdən isə ümumi fikir var ki, hərəkat saxlanılsın və ən azı bələdiyyə seçkilərində birgə iştirak edək”.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Müsavat, Demokrat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal və Ümid partiyaları, həmçinin bir neçə QHT təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR