Bank Of Baku

Azərbaycan Sosial Demokrat və Ədalət partiyalarına yeni qərargah ayrılıb

Azərbaycan Sosial Demokrat və  Ədalət partiyalarına yeni qərargah ayrılıb
# 23 mart 2009 10:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) Azərbaycan Sosial Demokrat (ASDP) və Ədalət partiyaların üçün yeni qərargah ayırıb. ASDP sədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, partiyaya Azadlıq prospekti 200 ünvanında yerləşən 2 mərtəbəli binanın birinci mərtəbəsində 190 kvadratmetrlik qərargah təqdim olunub. A. Əlizadə bildirib ki, bina normaldır, hazırda təmir işləri aparılır. O, yaxın günlərdə ASDP-nin yeni qərargaha köçəcəyini bildirib.

Ədalət Partiyası isə Nizami rayonu ərazisində qərargahla təmin edilib. Partiya sədrinin müavini Elxan Şükürlü APA-ya bildirib ki, onların yeni qərargahı 4 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. Həmin binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyalarının da qərargahı var. E. Şükürlü təmir işlərindən sonra partiyanın yeni qərargaha köçəcəyini bildirib.

Hər iki partiya yeni qərargahla bağlı komitə ilə icarə müqaviləsi bağlayıb.

Qeyd edək ki, bu partiyalar Ayna Sultanova heykəlinin yaxınlığında Dadaşov küçəsi, 60-da yerləşən binada fəaliyyət göstərirdilər. Lakin yanvarın sonlarında Nazirlər Kabinetini qərarı ilə həmin bina Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR