Bank Of Baku

Masallıda MTN-nin yaradılmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Masallıda MTN-nin yaradılmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib
# 28 mart 2009 08:36 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Milli Təhlükəsizlik Naziriliyinin (MTN) yaranmasının 90 illik yubileyi Masallıda qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə Masallı rayon icra hakimiyyəti aparatında keçirilən tədbirdə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində əsl milliləşmənin banisi sayılan Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı RİH başçısının müavini Ələşrəf Niftiyev rayon rəhbərliyi adından milli təhlükəsizlik orqanlarının əməkdaşlarını təbrik edərək, onlara çətin və şərəfli vəzifələrini həyata keçirməkdə uğurlar arzulayıb. MTN-nin Masallı rayon şöbəsinin rəisi Əli Əliyev isə çıxışında Azərbaycanda milli təhlükəsizlik orqanlarının keçdiyi 90 illik şanlı tarixə nəzər salaraq, son illərdə Masallı rayonunda milli təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərdən söz açıb. Digər çıxışlarda da MTN-nin Azərbaycanın dövlətçilik tarixində mühüm rolundan bəhs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR