Bank Of Baku

Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyi münasibətilə Ağdamda tədbir keçirilib

Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyi münasibətilə Ağdamda tədbir keçirilib
# 28 mart 2009 09:08 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 90 illiyi münasibətilə Ağdam Rayon Mərkəzi Mədəniyyət evində tədbir keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin Ağdam rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının nəinki öz xidməti vəzifələrinin yerinə yetirilməsində, eyni zamanda Qarabağ müharibəsi dövründə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdəki şücaətlərindən bəhs ediblər. Natiqlər bildiriblər ki, hələ də müharibə şəraitində yaşayan Azərbaycan Respublikasının xüsusi xidmət orqanları əməkdaşları düşmənlər tərəfindən ölkəmizin suverenliyi və müstəqilliyinə qarşı hazırlanmış çoxsaylı mənfur planların qarşısını alıb və bu gündən sonra da bu vəzifə ləyaqətlə yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR