Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat fəaliyyətini davam etdirmək niyyətindədir

Qarabağ və Respublika Uğrunda Hərəkat fəaliyyətini davam etdirmək niyyətindədir
# 29 mart 2009 12:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qarabağ və Respublika Uğrunda Hərəkata digər siyasi partiyaların qoşulması gözlənilmir. Başqa qüvvələrin buraya qəbul edilməsi məsələsi hazırda hərəkatda müzakirə olunmur”. Bunu APA-ya açıqlamasında hərəkatın üzvü olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, bəzi partiyaların hərəkata qoşulması üçün dəfələrlə cəhdlər olub: “Demokratiya Uğrunda İttifaqın hərəkata üzv olması bir neçə dəfə müzakirə edilib. Amma həmin ittifaqın rəhbərliyi belə qərara gəldi ki, bizə qoşulmasın. Ona görə də indiki məqamda biz referendum kimi ümummilli məsələdə bir araya gəlməyən partiyaların sonrakı məqamda bir yerdə olmasının xalq tərəfindən düzgün qiymətləndirilməyəcəyini düşünürük. Bu baxımdan o məsələ ümumiyyətlə gündəmdə deyil. Digər tərəfdən, bu gün ortada başqa qüvvə yoxdur ki, bizim hərəkata daxil olsun. Hərəkat fəaliyyətini hazırkı formatda davam etdirəcək”. AMİP və ACP-yə gəldikdə, S. Cəlaloğlu AMİP-in də hərəkata qoşulmaqdan imtina etdiyini deyib: “ACP isə partiya kimi qəbul olunmur”.

S. Cəlaloğlu bildirib ki, Qarabağ və Respublika Uğrunda Hərəkat martın 18-də keçirilmiş referendumun nəticələrini ləğv olunması istiqamətində birgə fəaliyyət göstərmək və dekabrda keçiriləcək bələdiyyə seçkilərində blok şəklində iştirak etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR