Bank Of Baku

Sabir Rüstəmxanlı: “Mühsin Yazıçıoğlunun vəfatı Türkiyənin siyasi həyatında böyük itkidir”

Sabir Rüstəmxanlı: “Mühsin Yazıçıoğlunun vəfatı Türkiyənin siyasi həyatında böyük itkidir”
# 29 mart 2009 13:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Türkiyənin Böyük Birlik Partiyasının lideri Mühsin Yazıçıoğlunun vertolyot qəzasında dünyasını dəyişməsində şübhəli məqamlar var. Amma indiki məqamda bu barədə dəqiq bir söz demək mümkün deyil”. Bu açıqlamanı APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, M. Yazıçıoğlunun faciəli şəkildə vəfatı Türkiyənin siyasi həyatında böyük itkidir: “Yəqin ki, Türkiyə tərəfi baş vermiş hadisə ilə bağlı araşdırmalar aparacaq. Mən Mühsin Yazıçıoğlu ilə uzun müddətdir tanışam, dəfələrlə onunla görüşlərim olub, birgə tədbirlərdə iştirak etmişəm”. S. Rüstəmxanlı iş qrafikinin sıxlığı səbəbindən M. Yazıçıoğlunun dəfn mərasimində iştirak edə bilməyəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR