Bank Of Baku

MSK “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupunun referendum zamanı baş vermiş pozuntularla bağlı şikayətinə baxıb

MSK “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupunun referendum zamanı baş vermiş pozuntularla bağlı şikayətinə baxıb
# 30 mart 2009 12:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupunun referendum zamanı baş vermiş pozuntularla bağlı şikayətinə baxılıb. APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov bildirib ki, sözügedən Təşviqat qrupu bir müraciətində 161 seçki məntəqəsi ilə bağlı 180 akt təqdim edib. N. Məmmədov aktların 77-sinin qanuna uyğun hazırlanmadığını, sonradan saxtalaşdırıldığını, yarımçıq hazırlandığını və buna görə də onların əsassız hesab edildiyini deyib. Digər 103 aktın isə araşdırılması zamanı onların bir hissəsinə səsverməni izləməyən şəxslərin imza atdığı ortaya çıxıb: “Cəmi 45 akt qalıb ki, bunlarla bağlı da ciddi araşdırma aparılıb, araşdırmalar zamanı 1290 nəfərdən izahat alınıb, göstərilən seçki məntəqələrində səslər yenidən sayılıb və burada da qanun pozuntuları öz əksini tapmayıb. MSK-ya 14 protokol təqdim olunub və onların 10-da heç bir qanun pozuntusu yoxdur. Digər protokolların araşdırılması üçün isə Respublika Prokurorluğuna müraciət etməyə ehtiyac var”.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, söhbət 161 seçki məntəqəsindən gedir və onların hamısında səsvermənin nəticələri ləğv olunsa belə, referendumun nəticələrinə təsir göstərməyəcək.

“Respublikaçılar” Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Osman Kazımovun çıxışı isə iclasda qarşıdurma yaradıb. O, istənilən halda MSK-nın qərarlarından apelyasiya şikayəti veriləcəyini deyib. O. Kazımov səsvermə günü müxalifəti təmsil edən təşviqat qruplarının MSK-ya 40 faktla bağlı müraciət etdiyini, amma onların heç birinə cavab verilmədiyini deyib. M. Pənahov isə O. Kazımov yalan danışmaqda ittiham edib, MSK-ya heç bir müraciətin daxil olmadığını bildirib.

Çıxışlardan sonra “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupunun təqdim etdiyi müraciət əsassız sayılıb, yalnız bir qisim protokolun Respublika Prokurorluğuna göndərilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR