Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı: “Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir”

Qarabağ Azadlıq Təşkilatı: “Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir”
# 30 mart 2009 13:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ probleminin həlli ilə bağlı həmsədrlərin təklif etdiyi təməl prinsiplər, yaxud Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir. Bu həll variantı Dağlıq Qarabağın ətrafındakı 5 və ya 6 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın Ermənistana təhvil verilməsinə xidmət edir”. APA-nın məlumatına görə, bu fikirlər Qarabağa Azadlıq Təşkilatının (QAT) Qarabağ probleminin həll ilə bağlı atılan son addımlarla əlaqədar yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda bəzi qurumların, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin Qarabağ danışıqlarında müzakirə olunan sənəd layihəsi ilə bağlı müsbət rəy yaratmaq cəhdlərinin ciddi narahatçılıq yaratdığı bildirilir: “Təklif olunan son sənədə görə Dağlıq Qarabağdakı qondarma rejimə dərhal “müvəqqəti beynəlxalq status” verilir və bu statusu almış qondarma qurumu qorumaq üçün beynəlxalq sülhməramlı qüvvələr regiona yerləşdirilir. Bu variant qondarma qurumun beynəlxalq təşkilatlar tərəfindən tam legitimləşdirilməsi deməkdir. Əgər bu variant qəbul olunarsa, referendumun neçə ildən sonra keçiriləcəyindən asılı olmayaraq Dağlıq Qarabağ Azərbaycan üçün həmişəlik itiriləcək”. QAT rəhbərliyi bildirib ki, Azərbaycan hakimiyyəti heç bir halda bu təhlükəli sənədin imzalanmasına getməməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR