Bank Of Baku

Müsavat Partiyası müxalifətin bələdiyyə seçkilərində vahid koalisiyada iştirakını təklif edib

Müsavat Partiyası müxalifətin bələdiyyə seçkilərində vahid koalisiyada iştirakını təklif edib
# 30 mart 2009 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Divanı müxalifət partiyalarının bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində müxalifət qüvvələrinin vahid koalisiyada iştirak etməsi təklifini irəli sürüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Divanın bu gün keçirilən iclasında hazırda Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyaların bu barədə müzakirələr başlaması və seçkilərlə bağlı koalisiyanın yaradılması vacib sayılıb.
İclasda həmçinin, martın 18-də keçirilən referendumun nəticələri, “Respublikaçılar” Təşviqat qrupunun MSK-ya etdiyi müraciətlər, səsvermə zamanı müşahidə olunan pozuntular, 31 Mart Azərbaycanlıların soyqırım günü ilə bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR