Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda Hərəkat” MSK-nın qərarından məhkəməyə müraciət edəcək

“Qarabağ və Respublika Uğrunda Hərəkat” MSK-nın qərarından məhkəməyə müraciət edəcək
# 30 mart 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilmiş referendumla bağlı yekun qərarı barədə məhkəməyə müraciət edəcək. Bu barədə APA-ya hərəkata daxil olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, MSK müxalifəti təmsil edən Təşviqat qruplarının seçki pozuntuları ilə bağlı müraciətlərini birtərəfli qaydada araşdırıb və baş verən pozuntulara adekvat qiymət verməyib. A. Hacılı bildirib ki, MSK-nın yekun qərarını aldıqdan dərhal sonra iddia ərazisi hazırlanacaq.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata 6 müxalifət partiyası daxildir və onlar Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əleyhinə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR