Bank Of Baku

Lalə Şövkət: “Azadlıq” bloku fəaliyyətini davam etdirir”

Lalə Şövkət: “Azadlıq” bloku fəaliyyətini davam etdirir”
# 31 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ““Azadlıq” bloku fəaliyyətini dayandırmayıb, üç partiyanın birliyi olaraq bu gün də fəaliyyət göstərir”. Bunu APA-ya açıqlamasında “Azadlıq” bloku Sədrlər Şurasının üzvü, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, hazırda bloka daxil olan partiyalar bütövlükdə Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunur: “Bununla bərabər, “Azadlıq” bloku ayrılıqda da fəaliyyət göstərir, toplantılar keçirir, məsələlərə münasibətini bildirir. Düşünürəm ki, “Azadlıq” bloku uzun müddətli birlik olacaq”.

Qeyd edək ki, “Azadlıq” blokunda Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR