Bank Of Baku

İstiqlal Muzeyində 31 mart qırğını ilə bağlı tədbir keçirilib

İstiqlal Muzeyində 31 mart qırğını ilə bağlı tədbir keçirilib
# 31 mart 2009 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan İstiqlal Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş sərgi-tədbir keçirilib. APA-nın məlumatına görə, sərgidə muzeyin fondunda qorunub saxlanılan sənədlər və fotoşəkillər nümayiş etdirilib. Fotoxronikada 1905-ci və 1918-ci illərdə Bakıda, Şuşada və Azərbaycanın digər yerlərində ermənilər tərəfindən dağıdılan yaşayış məskənləri əks olunub. İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 91 il bundan əvvəl törədilmiş soyqırımı dəhşətli faciə adlandırıb. BDU-nun professoru, tarix elmlər doktoru Musa Qasımov, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmlər namizədi Əsgər Əliyev və başqaları çıxış edərək soyqırımın tarixi haqqında ətraflı məlumat veriblər. Sonda Bülbül adına Musiqi Məktəbinin şagirdləri musiqili kompozisiya nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR