Bank Of Baku

Mətbuat Xidmətinin rəhbəri: “Azərbaycanın baş naziri növbəti əmək məzuniyyətindədir”

Mətbuat Xidmətinin rəhbəri: “Azərbaycanın baş naziri növbəti əmək məzuniyyətindədir”
# 01 aprel 2009 12:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Baş nazir növbəti əmək məzuniyyətindədir. Hökumət başçısının səhhətində problemlər olması ilə bağlı məlumatlar isə yanlışdır”. Bu barədə APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanın baş naziri Artur Rasizadə hazırda istirahətdədir və məzuniyyəti başa çatan kimi vəzifəsinin icrasına başlayacaq: “Baş nazir tez-tez telefonla əlaqə saxlayıb iş prosesi ilə maraqlanır. Sadəcə olaraq, işdə olmadığı üçün onun yerinə sərəncamları birinci müavin Yaqub Eyyubov imzalayır. Bayramlar ortaya düşdüyünə və gərgin iş günləri olmadığına görə Artur müəllim növbəti məzuniyyətə çıxmaq qərarı verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR