Bank Of Baku

MDQB Sədrlər Şurasının növbəti toplantısı keçirilib

MDQB Sədrlər Şurasının növbəti toplantısı keçirilib
# 01 aprel 2009 13:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda 70 ABŞ konqresmeninin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrin “erməni soyqırımı” kimi dəyərləndirilməsi üçün ölkə prezidentinə müraciət müzakirə edilib. Birliyin Sədrlər Şurası hesab edib ki, ABŞ dünyanın digər dövlətlərində baş verən hər hansı bir hadisəyə münasibət bildirməzdən öncə öz tarixinə diqqət yetirməli, insanlıq əleyhinə cinayətləri obyektiv şəkildə qiymətləndirməlidir. MDQB Sədrlər Şurası ABŞ-ın 1945-ci ildə yapon xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin soyqırımı kimi tanınması üçün Azərbaycan, Yaponiya və Türkiyənin parlamentlərinə, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciət olunması barədə qərar qəbul edib. Milli Məclisə ünvanlanan müraciəti və 1945-ci ildə ABŞ tərəfindən yapon xalqına qarşı soyqırımının həyata keçirilməsi barədə qərar layihəsini Azərbaycan parlamentinə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev aprelin 2-də təqdim edəcək. Türkiyə Böyük Millət Məclisi, Yaponiya parlamentinin Nümayəndələr Palatası və ABŞ Konqresinin Nümayəndələr Palatasına ünvanlanan müraciətlər isə adıçəkilən ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR