Bank Of Baku

YAP: “Seçicilərinin 50 faizdən çoxunun Azərbaycanda olmadığı barədə deyilənlər sayıqlamadır”

YAP: “Seçicilərinin 50 faizdən çoxunun Azərbaycanda olmadığı barədə deyilənlər sayıqlamadır”
# 02 aprel 2009 08:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) müxalifət partiyalarının referenduma münasibətini tənqid edən bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, referendum öncəsi doqquz təşviqat qrupunun hər birinə bərabər imkanlar yaradılıb. “Yeni Azərbaycan” təşviqat qrupu isə bu imkandan istifadə edərək ümumilikdə 1500-dən yuxarı müxtəlif xarakterli görüşlər keçirib, referenduma çıxarılan məsələlərin mahiyyətini seçicilərə geniş izah edib: “Müxalifət partiyalarının yaratdığı iki təşviqat qrupu isə bərabər imkanlar şəraitindən istifadə edərək cəmi 5 görüş keçirə bilib. Bunun əsas səbəbi müxalifətin sosial bazasının yoxluğudur. Bütün bunların fonunda bəzi müxalifət dairələrinin yenə də öz “vərdişlərinə” uyğun olaraq, referendumun gedişinə və onun nəticələrinə kölgə salmaq cəhdləri, quya səsvermədə yetərsayın olmadığını iddia etmələri təəssüf doğurur. Bəzi müxalifət təmsilçilərinin ölkə seçicilərinin 50 faizdən çoxunun Azərbaycanda olmadığı haqqında söylədikləri fikirlər sayıqlamadan başqa bir şey deyil”. Bəyanatda bildirilir ki, “Yeni Azərbaycan” təşviqat qrupunun müşahidəçiləri bütün seçki məntəqələrində prosesi izləyiblər: “Müxalifəti təmsil edən təşviqat qrupları isə yalnız seçki məntəqələrinin 5 faizində müşahidə aparıblar. Bu fakt, onların referendumu müşahidə ilə bağlı söylədikləri fikirlərin tam əsassız olduğunu sübut edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR