Bank Of Baku

Cəlal Əliyev Almaniya xarici işlər nazirinin müavini ilə görüşüb

Cəlal Əliyev Almaniya xarici işlər nazirinin müavini ilə görüşüb
# 02 aprel 2009 09:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Almaniya xarici işlər nazirinin müavini, deputat Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Əsgərov Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, dövlətlərarası münasibətlər sistemində parlamentlərin xüsusi rol oynadığını deyib. Qonaq isə regionda inkişafa əngəl törədən Dağlıq Qarabağ münaqişəsindən söz açaraq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da problemin həllində öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. G. Erler bəyan edib ki, Dağlıq Qarabağ separatçıları ilə əlaqə saxlayan qurumların Almaniya hökumətinə heç bir aidiyyəti yoxdur.
Gernot Erler daha sonra Azərbaycanla Almaniya arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cəlal Əliyevlə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR