Bank Of Baku

Lalə Şövkət: “Yaxın vaxtlarda ALP-nin qurultayı keçiriləcək”

Lalə Şövkət: “Yaxın vaxtlarda ALP-nin qurultayı keçiriləcək”
# 02 aprel 2009 11:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan Liberal Partiyasının qurultayının keçirilməsi üçün imkanlar çox məhduddur. Buna baxmayaraq, yaxın vaxtlarda qurultayı keçirməyə çalışacağıq”. Bunu APA-ya açıqlamasında ALP-nin lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, partiya uzun müddət “Siyasi partiyalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri gözləyib. Lakin bu dəyişiklik ləngidiyindən qurultayın keçirilməsi zərurəti yaranıb: “Bu gün faktiki olaraq Əvəz Temirxan bütövlükdə ALP sədrliyini öz üzərinə götürüb, düşünürəm ki, gərək bunu rəsmiləşdirək”. L. Şövkət bildirib ki, partiyanın rayon təşkilatlarının konfranslarının keçirilməsi üçün yerli icra hakimiyyəti orqanları müvafiq zallar ayırmır, bu isə qurultayı gecikdirir.

Qeyd edək ki, Lalə Şövkət 2003-cü ildən ALP sədrliyindən istefa verib, o vaxtdan partiya sədrsiz fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR