Bank Of Baku

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb
# 02 aprel 2009 13:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova aprelin 7-11-də Azərbaycanda səfərdə olacaqlar. Avropa Şurasının Bakıdakı İnformasiya Ofisindən APA-ya verilən xəbərə görə, faktaraşdırıcı səfər çərçivəsində həmməruzəçilər ölkə prezidenti, Milli Məclisin sədri, xarici işlər naziri, ədliyyə naziri, iqtidar və müxalifət partiyalarının rəhbərləri, media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və səfirlərlə görüşlər keçirəcəklər. A. Herkel və Y. Jivkova Naxçıvan Muxtar Respublikasına da gedəcəklər. Onlar səfərin yekunları əsasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı hesabat hazırlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR