Bank Of Baku

Milli Məclisin üzvləri Bratislavada Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının iclasında iştirak edəcəklər

Milli Məclisin üzvləri Bratislavada Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının iclasında iştirak edəcəklər
# 02 aprel 2009 14:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Aprelin 3-dən 5-dək Slovakiyanın Bratislava şəhərində Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının növbəti iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, təşkilatın Cənubi Qafqaz üzrə şəbəkəsinin rəhbəri Əli Hüseynov və şəbəkənin İcra Komitəsinin sədri, deputat Fuad Muradov iştirak edəcəklər. Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduğu toplantıda korrupsiyanın qarşısının alınmasında parlamentarilərin rolu barədə fikir mübadiləsi aparılacaq.
Milli Məclisin deputatları BMT-nin Korrupsiya əleyhinə Konvensiyasından irəli gələn məsələlərin ölkədə həyata keçirilməsi, bu sahədə görülən işlər, Milli Məclisdə korrupsiya əleyhinə qəbul edilmiş qanunlar və normativ hüquqi aktlar barədə ətraflı məlumat verəcək, tədbir iştirakçılarını məlumatlandıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR