Milli Məclisdə keçirilən forumda Azərbaycan və Türkiyə millət vəkilləri birgə bəyanat qəbul ediblər
Toplantıya tədbirin təşkilatçısı olan Azərbaycanın Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri ilə yanaşı, parlamentdə təmsil olunan Yeni Azərbaycan və Müsavat partiyalarından olan və bitərəf deputatlar da qatılıblar.
Tədbirdə çıxış edən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, forum Azərbaycanla Türkiyə arasında soyuqluq yaradan məsələlərlə bağlı müzakirələr aparmaq məqsədi ilə təşkil edilib. O, əvvəlcə Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) təmsilçilərinin də tədbirdə iştiraka razılıq verdiyini, sonradan isə onların Bakıya gəlmədiklərini qeyd edib. Buna təəssüflənən F. Ağamalı deyib ki, AKP nümayəndələrinin foruma qatılmamalarının səbəbi onlara məlum deyil.
O qeyd edib ki, işğal altında olan Azərbaycan torpaqları azad olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, o zaman Azərbaycan üçün Türkiyənin İran və Rusiyadan fərqi olmaz: “Qarabağ azad olunmayana kimi Cənubi Qafqazda sabitlikdən danışmaq mümkün deyil”.
TBMM-in CXP-dən olan millət vəkili Şükrü Ələkdağ çıxışında Türkiyənin Cənubi Qafqazda sülh, əmin-amanlıq və güvənlik istədiyini bildirib. Türkiyə-Ermənistan sərhədlərinin Qarabağın işğal olunmasına görə 1993-cü ildə bağlandığını xatırladan TBMM üzvü xatırladıb ki, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT qətnamələr qəbul etsə də, Ermənistan geri çəkilməyib: “İndiki məqamda sərhədlər açılarsa, Qarabağı azad etmək mümkün olmayacaq. Türkiyə bunu edə bilməz. Türkiyə ictimaiyyətinin 95 faizi bunu istəmir”.
Ş. Ələkdağ Ermənistanın təkcə Azərbaycanla deyil, bölgədəki bütün ölkələrlə problemlərinin olduğunu, İrəvanın Gürcüstana da, Türkiyəyə də torpaq iddiası irəli sürdüyünü xatırladıb.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Qarabağın itirilməsinin Türkiyənin Cənubi Qafqazı itirməsi demək olduğunu söyləyib: “Türkiyə sərhədlərin bağlı qalmasında özü maraqlı olmalıdır”. Millət vəkili bildirib ki, görüşün nəticəsi olaraq bəyanat imzalana bilər və sənəddə forumun məğzi öz əksini tapmalıdır.
TBMM-in MHP-dən olan üzvü Atilla Kaya isə forumda AKP təmsilçilərinin də iştirakını istədiklərini deyib. O, hər iki ölkə ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etdiyini və bunun nəticə verdiyini söyləyib. İki ölkə arasında dostluğun tarixindən danışan A. Kaya qeyd edib ki, türk dünyasının bütün problemlərinə eyni səviyyədə yanaşmaq, onların həlində birgə iştirak etmək lazımdır: “Biz MHP olaraq belə düşünürük”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə Türkiyə və Azərbaycan millət vəkilləri arasında belə görüşlərin davamlı keçirilməsi təklifi ilə çıxış edib: “16 ildir, türk ölkələri parlament assambleyasının yaranmasından söhbət gedir. Düzdü, kağız üzərində olsa da, bu qurum yaranıb, amma heç bir iş görmür. Bu qurum vaxtında yaxşı fəaliyyət göstərsəydi, belə vəziyyət yaranmazdı”.
Türkiyənin Giresun Universitetinin rektor əvəzi, azərbaycanlı professor Aygün Əttar da çıxışında bildirib ki, AKP təmsilçiləri bu toplantıya qatılmalıydılar. A. Əttar Türkiyə ilə Ermənistan arasında danışıqların getdiyi indiki məqamda belə ermənilərin soyqırımı iddialarından əl çəkmədiklərini diqqətə çatdırıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquluyev isə Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini deyib: “Bizə deyirlər ki, 16 ildir, Qarabağ problemi həll olunmur, siyasəti dəyişmək lazımdır. Bu düzgün deyil. Dünyada ən böyük soyqırımını Amerika törədib. Əvvəl öz törətdikləri soyqırımları tanısınlar, sonra Türkiyədən bunu tələb etsinlər”.
Forumun sonunda bəyanat qəbul edilib. Bəyanatı Azərbaycan və Türkiyədən tədbirdə iştirak edən 11 partiya imzalayıb. Bəyanatda qeyd edilib ki, forumda iştirak edən şəxslər Türkiyə ilə Azərbaycan ictimaiyyətini narahat edən məsələ ətrafında səmərəli müzakirələr aparıblar. Bir daha təsdiq olunub ki, Türkiyə və Azərbaycanı bir-birinə bağlayan tarixi, milli, dini, iqtisadi əlaqələr zamanın sınağından çıxıb, davamlı xarakter daşıyır: “Son zamanlar Türkiyə ilə Ermənistan arasında danışıqların intensiv xarakter alması, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması mövzusunda spekulyasiyaların genişlənməsinin hər iki ölkə cəmiyyətlərində ciddi narahatlıq yaradıb. Bunun əleyhinə olaraq hər iki ölkə cəmiyyətləri birmənalı mövqe nümayiş etdirib. Forum iştirakçıları bundan sonra da Dağlıq Qarabağ, qondarma “erməni soyqırımı”, PKK terroru, Şimali Kipr kimi məsələlərdə ortaq mövqedən çıxış etməyin məqsədəuyğun olduğunu vacib sayırlar”.
Bəyanatda o da qeyd edilib ki, ortaya çıxan problemlərin həlində hər iki dövlətin səlahiyyətli orqanlarının, siyasi partiyalarının və qeyri-hökumət təşkilatlarının davamlı olaraq məsləhətləşmələr aparması, birgə toplantılar keçirməsi faydalı hesab olunur.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir
"Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Əlcəzairdə internatda yanğın baş verib, 11 nəfər ölüb
Hakan Fidan Ukraynada Sibiqa ilə görüşüb
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi "Baku Steel Company"nin dəstəyi ilə yenilənəcək
“Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilib