Bank Of Baku

“Yanğın təhlükəsizliyi haqqında” qanununa əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövziyə olunub

“Yanğın təhlükəsizliyi haqqında” qanununa əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövziyə olunub
# 17 aprel 2009 13:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda komitənin sədri Ziyafət Əsgərov parlamentə “Yanğın təhlükəsizliyi haqqında” qanununa dəyişikliklər və əlavələr edilməsi ilə bağlı məlumat verib. Z. Əsgərov, qüvvədə olan qanunun 1997-ci ildə qəbul edildiyini deyib: “O dövrdən keçən müddətdə ölkədə aparılan islahatlar sayəsində idarəçilik sistemində mütərəqqi dəyişikliklər edilib, yeni strukturlar yaradılıb. Bu gün yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə qanunda bir sıra əlavə və dəyişikliklərə ehtiyac var. Qanuna təklif olunan dəyişikliklər və əlavələr sənədin daha da təkmilləşdirilməsi məqsədi daşıyır”.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR