Bank Of Baku

YAP Bayıl yamacında kütləvi ağacəkmə aksiyası keçirib - FOTO

YAP Bayıl yamacında kütləvi ağacəkmə aksiyası keçirib - <font color=red>FOTO</font>
# 18 aprel 2009 08:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin 86 illik yubileyi ərəfəsində Bayıl yamacında kütləvi ağacəkmə aksiyası keçirib. APA-nın məlumatına görə, tədbirə YAP rəhbərliyi, millət vəkilləri və partiyanın Gənclər Təşkilatının üzvləri qatılıblar.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yamacda 5 minə qədər müxtəlif növ ağacı əkilib. Ə. Əhmədov belə tədbirlərin YAP-in təşəbbüsü ilə paytaxtın digər ərazilərində də davam etdiriləcəyini söyləyib. İcra katibi H. Əliyevin anadan olmasının 86-ci ildönümü ilə bağlı YAP-ın bir sıra tədbirlərin keçiriləcəyini də vurğulayıb. Onun sözlərinə görə, yubileylə bağlı tədbirlər planı hazırlanıb.

Qeyd edək ki, YAP həmin ərazidə yaşıllıq zolağının salınması aksiyasına 2003-cü ildən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR