Bank Of Baku

Fazil Qəzənfəroğlu və Cəmil Həsənli Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupuna üzv olmaq istəyirlər

Fazil Qəzənfəroğlu və Cəmil Həsənli Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupuna üzv olmaq istəyirlər
# 20 aprel 2009 11:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Millət vəkilləri Fazil Qəzənfəroğlu və Cəmil Həsənli Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupuna üzv olmaq üçün parlament rəhbərliyinə müraciət edəcəklər. F. Qəzənfəroğlunun APA-ya verdiyi məlumata görə, artıq müraciət hazırlanıb və bu günlərdə Milli Məclis rəhbərliyinə təqdim olunacaq. O, son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin soyumasından narahat olduqları üçün belə bir addım atmaq qərarına gəldiklərini deyib: “Biz dostluq qrupu daxilində ölkələr arasındakı münasibətlərin yaxşılaşdırılmasına kömək etmək istəyirik”. F. Qəzənfəroğlu müraciətin müsbət qarşılanacağına ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR