Bank Of Baku

ADP Dağlıq Qarabağ problemi ətrafında iqtidar-müxalifət dialoqunun keçirilməsi təşəbbüsü ilə çıxış edib

ADP Dağlıq Qarabağ problemi ətrafında iqtidar-müxalifət dialoqunun keçirilməsi təşəbbüsü ilə çıxış edib
# 20 aprel 2009 13:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ problemi ətrafında iqtidar-müxalifət dialoqunun keçirilməsi təşəbbüsü ilə çıxış edib. ADP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında dövlət başçısının Dağlıq Qarabağla bağlı konsepsiyasını elan etməsindən sonra Azərbaycanın bütün siyasi güclərinin vahid mövqedən çıxış etməsi üçün belə bir dialoqun keçirilməsi vacib sayılıb. Partiya rəhbərliyi ölkə prezidentinin Rusiyada açıqladığı Dağlıq Qarabağla bağlı konsepsiyanın əksər müddəalarını müdafiə etdiyini bildirib. Həmçinin, deyilənlərlə yanaşı bölgədə uzunmüddətli ədalətli sülh naminə Laçın və Kəlbəcərdən Dağlıq Qarabağa dəhlizlərə uyğun eyni statusla Azərbaycandan Türkiyə və Naxçıvana da dəhliz açılmasının şərt kimi qoyulması təklifi ilə çıxış edib. ADP Rusiya tərəfinin Dağlıq Qarabağ probleminin ədalətli həllində Ermənistana hər hansı bir təsir mexanizminin olmaması ilə bağlı səslənən bəyanatın qeyri-səmimi olduğunu bildirib və əslində, bu probleminin məhz Rusiya tərəfindən yaradıldığını, Rusiyanın ardıcıl olaraq ermənipərəst mövqe tutması nəticəsində problemin davam etdiyini bildirib.

İclasda həmçinin, partiyadaxili məsələlər müzakirə edilib, Ali Məclisin növbəti sessiyasının çağırılması barədə qərar qəbul olunub. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı təşkilati işlərin davam etdirilməsi, eyni zamanda bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsində mövcud olan bəzi problemlərin aradan qaldırılması, hüquqi prosedur qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR