Bank Of Baku

Müsavatçı deputatlar Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna üzv olmaq istəyir

Müsavatçı deputatlar Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna üzv olmaq istəyir
# 20 aprel 2009 13:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisinin daha üç üzvü Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna üzv olmaq üçün müraciət edəcək. Bu barədə APA-ya millət vəkili Arzu Səmədbəyli məlumat verib. O bildirib ki, Müsavat Partiyası Divanının toplantısında partiyanı parlamentdə təmsil edən şəxslər tərəfindən belə bir təşəbbüs irəli sürülüb: “Bizim təşəbbüsümüz dəstəkləndi. Sabah mən, İltizam Əkbərli və İkram İsrafil Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna üzv olmaq üçün Milli Məclis rəhbərliyinə müraciət edəcəyik. Bizim bu təşəbbüslə çıxış etməyimizə səbəb son günlər gərginləşməkdə olan Türkiyə-Azərbaycan münasibətləridir” .

Qeyd edək ki, Milli Məclisin iki üzvü - Fazil Mustafa ilə Cəmil Həsənli də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna üzv olmaq üçün müraciət edəcəklərini deyiblər. Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Nizami Cəfərov isə APA-ya açıqlamasında müraciətlərə baxılacağını bəyan edib. O, hazırda qrupda 20-dən artıq deputatın təmsil olunduğunu söyləyib: “Parlamentin bütün deputatları müraciət etsə və məsələ mənim səlahiyyətim çərçivəsində olsa, onların hamısını Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupa üzv qəbul edərdim. Ancaq onlar Milli Məclisin rəhbərliyinə müraciət etməli və buna parlamentin iclasında münasibət bildirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR