Bank Of Baku

Əli Əhmədov Moldova səfiri ilə görüşüb

Əli Əhmədov Moldova səfiri ilə görüşüb
# 21 aprel 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın qərargahında Moldovanın Azərbaycandakı səfiri İon Robu ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Moldova arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir iki ölkə arasında möhkəm əlaqələrin olduğunu və münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Ə. Əhmədov isə ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR