Bank Of Baku

Müsavat Partiyasının İTV-nin binası qarşısında aksiya keçirməsinə icazə verilməyib

Müsavat Partiyasının İTV-nin binası qarşısında aksiya keçirməsinə icazə verilməyib
# 21 aprel 2009 13:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 23-nə İctimai Televiziyanın binası qarşısına təyin etdiyi aksiyanın keçirilməsinə icazə verməyib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi partiyanın məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasına müraciət etməsini məqsədəuyğun sayıb. A. Hacılı məsələnin partiya rəhbərliyində müzakirə ediləcəyini qeyd edib: “Ola bilər ki, bu dəfə aksiyanı təxir salaq və icazəsiz aksiya keçirməyək. Amma İctimai Televiziyanın partiyaya efir vaxtı ayırması ilə bağlı tələblərimizi davam etdirəcəyik. Yeni aksiyanın təyin olunacağı da istisna edilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR