Bank Of Baku

Milli Məclis üzvləri və səfirliklərin nümayəndələri Qubadakı kütləvi məzarlığı ziyarət ediblər

Milli Məclis üzvləri və səfirliklərin nümayəndələri Qubadakı kütləvi məzarlığı ziyarət ediblər
# 23 aprel 2009 08:40 (UTC +04:00)
Quba. Elnur Məmmədli-APA Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Milli Məclisin bir qrup üzvü, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım nəticəsində yaranan Qubadakı kütləvi məzarlığı ziyarət ediblər. APA-nın Qubada olan əməkdaşının məlumatına görə, məzarlığa baş çəkən şəxslər soyqırımı faktlarını müzakirə edib, bütün bunların dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu bildiriblər.
YAP-ın icraçı katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, ermənilər aprelin 24-nü “soyqırım” günü kimi qeyd etsələr də, bu faktlar sübut edir ki, ermənilərə yox, azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib. Ə. Əhmədov Quba məzarlığında tədqiqat aparmaq üçün xarici ölkələrdən də mütəxəssislər, alimlər dəvət olunacağını, məsələnin beynəlxalq səviyyəyə çıxarılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR