Bank Of Baku

YAP-ın təşəbbüsü ilə Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı konfrans keçirilib

YAP-ın təşəbbüsü ilə Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı konfrans keçirilib
# 23 aprel 2009 10:34 (UTC +04:00)
Quba. Elnur Məmmədli-APA. Bu gün Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı konfrans keçirilib. APA-nın xəbərinə görə, Quba Milli Olimpiya Kompleksində keçirilən tədbirdə çıxış edən YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov ermənilərin azərbaycanlılara və türklərə qarşı ayrı-ayrı vaxtlarda soyqırımları törətdiyini, bunu sübut edən faktlar və izlərin indi də mövcud olduğunu deyib: “Ermənilər 24 apreli dünyada “soyqırım” günü kimi tanıtmaq istəyirlər. Bunun əvəzində azərbaycanlılara qarşı törədilən soyqırımlarından danışmağın artıq vaxtıdır”.
Ə. Əhmədov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində Qubada yaranan məzarlıqda abidə və muzeyin yaradılması məsələsinin gündəmdə olduğunu vurğulayıb: “Azərbaycan hökuməti çox yaxın zamanlarda bunun üçün tədbirlər həyata keçirəcək”.
Millət vəkili Vahid Əhmədov azərbaycanlılara qarşı soyqırımlarının tarixi Gülüstan və Türkmənçay müqavilələrindən sonra başlandığını deyib. O 1918-ci ildə təkcə Qubada 16 min nəfərin ermənilər tərəfindən öldürüldüyünü qeyd edib. Deputat həmçinin Türkiyə hakimiyyətinin Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində olan fəaliyyətini tənqid edib. O tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin təmsilçisindən Azərbaycanın bununla bağlı narahatlığını Türkiyə hakimiyyətinə çatdırmağı xahiş edib.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Erkan Özeral bildirib ki, Türkiyənin Azərbaycana qarşı münasibəti hər zaman dostluq səviyyəsində qalacaq: “Türkiyənin Ermənistanla sərhədləri açması barədə yayılan xəbərlərin çoxu isə məqsədlidir. Yəni iki ölkənin arasını vurmaq məqsədi daşıyır”.
BQP sədri, deputat Fazil Qəzənfəroğlu isə Bakıdakı Şəhidlər Xiyabanında Soyqırımı Muzeyinin yaradılmasını, Azərbaycana xaricdən gələn rəsmi qonaqların həmin muzeyi ziyarət etmələrinin protokola salınmasını təklif edib .
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquluyev iki il ərzində Qubadakı kütləvi məzarlıqda muzey yaradılmamasına görə hakimiyyəti tənqid edib.
VHP sədri, deputat Sabir Rüstəmxanlı isə deyib ki, ermənilər azərbaycanlılara qarşı soyqırımı bütün dövrlərdə ruslarla bərabər həyata keçirib: “Əgər türklərə qarşı soyqırımları olmasaydı, bu gün dünyada yarım milyard türk yaşayardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR