Bank Of Baku

Atatürk Mərkəzində ermənilərin hər il 24 aprel tarixini qondarma “erməni soyqırımı günü” kimi qeyd etməsi ilə əlaqədar dəyirmi masa keçirilib

Atatürk Mərkəzində ermənilərin hər il 24 aprel tarixini qondarma “erməni soyqırımı günü” kimi qeyd etməsi ilə əlaqədar  dəyirmi masa keçirilib
# 24 aprel 2009 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Atatürk Mərkəzində ermənilərin hər il 24 aprel tarixini qondarma “erməni soyqırımı günü” kimi qeyd etməsi ilə əlaqədar dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun və Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Kəmalə Paşayeva bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb: “Xaricdə yaşayan soydaşlarımız aktivləşməlidir. Ermənilərin hər il aprelin 24-də qeyd etdikləri qondarma soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına imkan verilməməlidir. Türklər bir olmalıdır”. Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR