Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün sabah Strasburqa yola düşəcək

Milli Məclisin nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün sabah Strasburqa yola düşəcək
# 24 aprel 2009 13:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Aprelin 27-dən 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev tədbirdə iştirak etmək üçün aprelin 25-də Fransaya səfər edəcəklər. Sessiyada Azərbaycanda keçirilmiş referendumun, eləcə də Makedoniyada prezident, Moldovada və Çernoqoriyada parlament seçkilərinin nəticələri, Gürcüstan-Rusiya münasibətləri, fövqəladə vəziyyətlərdə insan hüquqlarının qorunması, gender prinsipləri və digər məsələlər müzakirə ediləcək. Deputatlar müzakirə olunan məsələlərə öz münasibətlərini bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR