Bank Of Baku

Əli Əhmədov Fransa səfiri ilə görüşüb

Əli Əhmədov Fransa səfiri ilə görüşüb
# 24 aprel 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ilə bu gün görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Ə. Əhmədov Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu, gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Səfir Qabriel Keller isə ölkələr arasındakı əlaqələrin sıx dostluq münasibətlərinə söykəndiyini qeyd edib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR