Bank Of Baku

Əli Əhmədov: “Türkiyə-Ermənistan sərhədinin açılmasına əsas verə biləcək hər hansı səbəb yoxdur”

Əli Əhmədov: “Türkiyə-Ermənistan sərhədinin açılmasına əsas verə biləcək hər hansı səbəb yoxdur”
# 25 aprel 2009 10:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Məndə olan məlumatlara görə, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı təklif olunan “Yol xəritəsi”nin məzmununa dair yayılan məlumatlar həqiqətə uyğun deyil”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu vaxta qədər Türkiyənin prezidenti, baş naziri səviyyəsində dəfələrlə Türkiyə-Ermənistan münasibətlərinin nizama salınmasının Türkiyə-Azərbaycan münasibətlərinin zədələnməsinə səbəb olmayacağını bəyan ediblər: “Biz bu fikirlərə inanırıq və hesab edirik ki, münasibətlər bu şəkildə də qalacaq. Mən inanmaq istəmirəm ki, Türkiyənin atacağı addımlar Azərbaycanın maraqlarına zidd olacaq. Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasına səbəb Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalıdır. Bu gün bu işğal davam edir, işğalın nəticələri aradan qaldırılmayıb. Belə bir vəziyyətdə sərhədlərin açılmasına əsas verə biləcək hər hansı səbəb yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR