Azərbaycan siyasətçiləri və politoloqları Barak Obamanın 24 aprel mesajını şərh edib
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, B. Obamanın 24 aprellə bağlı sensasiyalı çıxış etməyəcəyi əvvəlcədən gözlənilirdi. Onun sözlərinə görə, seçkiqabağı kampaniya zamanı B. Obamanın belə fikirlər işlətməsi təbiidir: “Amma hakimiyyətdə olarkən dövlətin milli maraqları önə çəkilir. Türkiyə kimi vacib ölkə ilə əlaqələrin qorunması ABŞ üçün önəmlidir. Bu gün ABŞ cəmiyyəti soyqırım məsələsinin erməni fırıldağı olduğunu bilir. Mən Obamanın çıxışında qeyri-adi və kəskin fikirlər görmədim. 1915-ci il hadisələrini böyük fəlakət adlandırmasında da qeyri-adi bir şey yoxdur. Bunu təkcə ermənilərin xeyrinə deyilmiş fikir kimi qiymətləndirmək olmaz. Obamanın ermənilərin xeyrinə bir neçə ifadə işlətməsi də diplomatik xarakter daşıyır. Hesab edirəm ki, ermənilər bundan sonra da öz istəklərinə nail ola bilməyəcəklər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bəyan edib ki, bu gün “erməni soyqırımı”ndan danışılırsa, onda Amerikanın hindulara, Fransanın əlcəzairlilərə qarşı törətdiyi soyqırımlardan da danışılmalıdır: “Bu gün dünyada “erməni soyqırımı” məsələsinin qaldırılması xristian təəssübkeşliyidir və Türkiyəyə təzyiq etmək, eləcə də Osmanlı İmperiyasının Avropada 400 illik siyasətinin heyfini çıxmaq məqsədi güdür. ABŞ-ın indiki mövqeyi də anlaşılan deyil. Bu cür iddialar bu gün dünyada təhlükəsizlik və sülhə xidmət etmir, əksinə, dövlətlər və xalqlar arasında qarşılıqlı iddialara yol açır. Bu, presedentə çevrilə və başqa xalqlar da kifayət qədər iddialar qaldıra bilərlər. ABŞ və digər ölkələrin ermənilərin bu avantüralarına qoşulmaları onların dünyadakı mövqeyinə və statusuna uyğun deyil”.
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, ABŞ prezidenti Barak Obama özü haqda olan təsəvvürü dağıdıb: “Biz elə başa düşürdük ki, Obama Türkiyənin əhəmiyyətini dərk edir və onun Yaxın Şərq siyasətində Türkiyə vacib rol oynayacaq. Amma Obama Türkiyəyə bir alət kimi baxırmış, ona görə də 70 milyonluq Türkiyəni bütün dünyadakı 8 milyon erməni ilə eyni tərəziyə qoyur. Amma Türkiyə qətiyyətli addımlar atarsa, bir il də çəkməyəcək və Obama başa düşəcək ki, bu çıxışında kifayət qədər səhvlərə yol verib. Bu vaxta qədər Ermənistanda arxivlərin cəmi 50 faizi açılıb, onların da 60 faizi öyrənilib. Yəni soyqırım iddiaları il bağlı ümumilikdə sənədlərin 30 faizi öyrənilib. ABŞ-da bir qrup insanlar bildirir ki, Obama qeyri-ciddi adamdır və teleserial düşkünüdür. Obama 30 faiz arxiv materialına istinadən belə bir fikri dəstəkləyirsə, bu, onu göstərir ki, doğrudan da qeyri-ciddi adamdır”.
Politoloq İlqar Məmmədov isə B. Obamanın 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmasını heç də Türkiyənin əleyhinə ifadə olunmuş söz kimi qiymətləndirmir: “Əlbəttə, o zaman həm türklər, həm ermənilər, həm də digərləri həlak olub. Çünki o zaman Birinci Dünya savaşı gedirdi. Amma Obamanın birmənalı şəkildə hüquqi termin olan “soyqırım” ifadəsini işlətməməsi müsbət haldır. Mən düşünürəm ki, Obama indiki şəraitdə kifayət qədər normal çıxış yolu tapıb. Tədricən erməni təbliğatı özü üçün aydınlaşdırmalıdır ki, 1915-ci il hadisələrini soyqırım kimi yozmaq həqiqətə qarşı həddən artıq mənəvi zorakılıqdır”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir
"Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Əlcəzairdə internatda yanğın baş verib, 11 nəfər ölüb
Hakan Fidan Ukraynada Sibiqa ilə görüşüb
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi "Baku Steel Company"nin dəstəyi ilə yenilənəcək
“Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilib