Bank Of Baku

Nurlana Əliyeva YAP Qadınlar Şurasının sədri seçilib

Nurlana Əliyeva YAP Qadınlar Şurasının sədri seçilib
# 25 aprel 2009 12:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək deyib ki, gündəliyə partiyanın Qadınlar Şurasının hesabat məruzəsinin dinlənilməsi, sədrin, şura üzvlərinin və İdarə Heyətinin seçilməsi daxil edilib. YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin muavini İradə Hüseynova, YAP Siyasi Şurasının üzvü, MM-in komitə sədri Məlahət İbrahimqızı, xalq artisti Amalya Pənahova və digər şəxslər çıxışlarında Qadınlar Şurasının ötən dövr ərzində fəaliyyəti, qarşıda duran vəzifələr, qadınların cəmiyyət həyatında rolu və digər məsələlər barədə danışıblar.

Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva yekdilliklə partiyanın Qadınlar Şurasının sədri seçilib. Qadınlar Şurasının 59 nəfərdən ibarət şurası və 22 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb.

Qeyd edək ki, indiyə qədər YAP Qadınlar Şurasına Səriyyə Əbülhəsənova rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR