Bank Of Baku

Əli Əhmədov Polşaya gedib

Əli Əhmədov Polşaya gedib
# 27 aprel 2009 11:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov Polşaya səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Xalq Partiyasının Konqresində iştirak etməkdir. Aprelin 28-30-da Polşanın paytaxtı Varşavada keçiriləcək konqresdə bir sıra ölkələrin hökumət və dövlət başçıları da iştirak edəcək. Səfər zamanı Ə. Əhmədovun Avropa Xalq Partiyasının baş katibi, xarici əlaqələr üzrə katibi, partiyanın ATƏT Parlament Assambleyasındakı qrupunun rəhbəri və digər siyasi xadimlərlə görüşü nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR