Bank Of Baku

QAT Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarla bağlı bəyanat yayıb

QAT Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarla bağlı bəyanat yayıb
# 27 aprel 2009 14:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların son vəziyyətindən narahatlıq bildirən bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, Dağlıq Qarabağın ətrafındakı 5 rayonun azad edilməsi müqabilində işğal olunan ərazilərdəki qondarma rejimə müvəqqəti beynəlxalq status verilməsindən ibarət variant Azərbaycana qəbul etdirilməyə cəhd olunur. Bu təklif birmənalı şəkildə Ermənistanın maraqlarına uyğundur. Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti də pislənilib: “Beynəlxalq təşkilatlar, böyük dövlətlər heç bir halda Azərbaycanın pozulmuş hüquqlarını, haqlı mövqeyini tanımaq istəmir və Qarabağ məsələsini Azərbaycanın birtərəfli güzəştləri hesabına həll etməyə, Azərbaycanı ərazi itkilərinə razı salmağa çalışırlar. Bu proses Azərbaycan üçün Dağlıq Qarabağın həmişəlik itirilməsinə doğru aparır. ABŞ və Rusiya prezidentlərinin fəallaşması, Türkiyənin Ermənistanla yaxınlaşması, “yol xəritəsi” ilə bağlı sənədin imzalanması məhz bu məqsədə xidmət edir. Bizim üçün nə qədər ağır olsa da, Türkiyənin də yalnız öz maraqlarını güddüyü faktını anlamalıyıq”. QAT bəyanatında cəmiyyətin bütün qüvvələrinin bir araya gətirilməsi istiqamətində səylərini artırmaq istəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR