Bank Of Baku

Müsavat Partiyası və ADP ABŞ prezidentinin müraciətini pisləyən bəyanat qəbul ediblər

Müsavat Partiyası və ADP ABŞ prezidentinin müraciətini pisləyən bəyanat qəbul ediblər
# 27 aprel 2009 15:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası ABŞ prezidenti Barak Obamanın 24 aprel qondarma erməni soyqırımı günündə xalqa müraciətində 1915-ci ildə Anadoluda baş verən hadisələri “böyük fəlakət” adlandırması ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, ABŞ prezidentinin erməni xalqına ünvanladığı təriflə dolu müraciəti təəccüb doğurur. Ermənilərin əsrlər boyu türklərə qarşı soyqrımlar həyata keçirdiyini bildirən partiya bu soyqırımların izlərini bu gün də qaldığını qeyd edib: “Müsavat Partiyası Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü nəticəsində yaranmış Qarabağ probleminin həllində həmsədr olan bir dövlətin başçısının bu cür tərəfkeş mövqeyindən narahatlığını bildirir və hesab edir ki, bu cür təəssübkeşlər erməniləri şirnikləşdirməklə problemin nizamlanmasına mənfi təsir göstərə bilər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin bu gün keçirilən iclasında da ABŞ prezidentinin işlətdiyi “böyük fəlakət” ifadəsi tənqid olunub. Partiya rəhbərliyi bildirib ki, Barak Obamanın bu fikri tarixi reallığa adekvat olmayan mövqedir. Ermənilərin soyqırımı avantürasına uymağı dünyada zəncirvari olaraq “soyqırımı tanıma” reaksiyası yaradacağını və bunun xalqlar arasında etimadı sarsıdacağını bildirən ADP rəhbərliyi dünya siyasətçilərini bu cür addımlardan çəkinməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR