Bank Of Baku

Müsavat bələdiyyə seçkilərinə kimi Seçki Məcəlləsində bir sıra boşluqların aradan qaldırılmasını istəyir

Müsavat bələdiyyə seçkilərinə kimi Seçki Məcəlləsində bir sıra boşluqların aradan qaldırılmasını istəyir
# 27 aprel 2009 15:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə kimi Seçki Məcəlləsində mövcud olan bir sıra boşluqların aradan qaldırılmasını vacib sayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Divanının bu gün keçirilən iclasında bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb və qanunda olan uyğunsuzluqların həll ilə bağlı məsələnin parlamentdə qaldırılması Müsavatçı millət vəkillərinə həvalə edib. Partiya Divanı bələdiyyə seçkilərində nəzəri cəhətdən müxalifət siyasi partiyalarının seçki bloku ilə və yaxud partiya şəklində ayrı-ayrılıqda qatılmasını mümkün sayıb. Bu variantların üstünlükləri və problemləri ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb. İclasda həmçinin bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında yaranmış son gərginliyə son qoymaq vacibdir. Bununla bağlı partiya Azərbaycan və Türkiyə hökumətlərini birgə addımlar atmağa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR