Bank Of Baku

Azərbaycan prezidenti 1941-1945-ci illər müharibəsində qələbənin 64-cü ildönümü ilə əlaqədar birdəfəlik maddi yardım edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti 1941-1945-ci illər müharibəsində qələbənin 64-cü ildönümü ilə əlaqədar birdəfəlik maddi yardım edilməsi haqqında sərəncam imzalayıb
# 27 aprel 2009 16:56 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1941-1945-ci illər müharibəsində qələbənin 64-cü ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 150 manat, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 100 manat məbləğində birdəfəlik maddi yardım edilib.

Bu məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 5,0 (beş) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xüsusi hesabına köçürülməsini, DSMF isə birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR