Bank Of Baku

Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olub

Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olub
# 25 iyun 2009 16:14 (UTC +04:00)
Bakı - APA. İyunun 25-də Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olub. Tədbirdə Azərbaycan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Prezident ambulatoriyanın açılışını bildirən lenti kəsib və səhiyyə ocağı ilə yaxından tanış olub.

Məlumat verilib ki, ambulatoriyada quraşdırılmış tibbi avadanlıq dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalıdır. Ambulatoriyada əməliyyat bölməsi, uşaq, qadın, ürək, nevrologiya, terapiya, göz sağlamlığı və xəstəlikləri mərkəzləri, stomatologiya kabineti, müayinələrin nəticələri və cavab otağı, mədə-bağırsaq xəstəlikləri bölümü, təcili yardım şöbəsi var.

Ən müasir avadanlıqla təchiz edilmiş və tam avtomatlaşdırılmış laboratoriyada müxtəlif növ analizlərin aparılması da mümkündür.

Burada, həmçinin, qan bankı və qanalma məntəqəsi də fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR