Bank Of Baku

Türkiyənin Amasya vilayətində avtobus aşıb, 46 nəfər xəsarət alıb

Türkiyənin Amasya vilayətində avtobus aşıb, 46 nəfər xəsarət alıb
# 16 iyul 2026 09:20 (UTC +04:00)

Türkiyənin Amasya vilayətində yol qəzasında 46 nəfər yaralanıb.

Bu barədə "TRT haber" məlumat yayıb.

Bildirilib ki, İstanbuldan Ordu istiqamətinə gedən, içərisində 75 sərnişin və 5 heyət üzvünün olduğu 2 mərtəbəli avtobus yoldan çıxaraq aşıb.

Xəsarət alanlar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Amasya valisi Önder Bakan qəza nəticəsində ölüm halının olmadığını qeyd edib: "Qəza zamanı 46 vətəndaşımız xəsarət alıb. İki nəfərin vəziyyəti ağırdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR