Bank Of Baku

Azərbaycan Milli Məclisinin sabah keçiriləcək sonuncu iclasının gündəliyinə 18 məsələ daxil edilib

Azərbaycan Milli Məclisinin sabah keçiriləcək sonuncu iclasının gündəliyinə 18 məsələ daxil edilib
# 29 iyun 2009 08:34 (UTC +04:00)
İclasda ilk olaraq “Dini etiqad azadlığı haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklərin müzakirəsi davam etdiriləcək.

Bundan başqa, iclasda Mənzil Məcəlləsi, İnzibati Prosessual Məcəllə, “Bədən tərbiyəsi və idman haqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək. Millət vəkilləri son iclas günündə Yaponiya ilə Azərbaycan arasında kredit sazişinin təsdiq edilməsi, Diplomatik xidmətdə fərqlənməyə görə medalın təsdiq edilməsi, Diplomatik xidməti orqanlarının 90 illiyi yubiley medalının təsdiq edilməsi, İsmayıllı, Salyan, Saatlı rayonlarının, o cümlədən Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi, eyni zamanda Milli Məclisin parlamentlərarası işçi qruplarının tərkibində dəyişiklik edilməsi və digər məsələlərə də münasibət bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR