Bank Of Baku

“Qarabağ probleminin nizamlanmasında siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri” mövzusunda ümumrespublika forumu keçiriləcək

“Qarabağ probleminin nizamlanmasında siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri” mövzusunda ümumrespublika forumu keçiriləcək
# 29 iyun 2009 11:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə “Qarabağ probleminin nizamlanmasında siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri” mövzusunda ümumrespublika forumu keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iyul ayında keçirilməsi nəzərdə tutulan forumla bağlı ölkədəki bütün siyasi qurumlar və əksər qeyri-hökumət təşkilatlarına, dövlət rəsmilərinə və millət vəkillərinə müraciət edilib. Müraciətdə bildirilir ki, ölkədəki ictimai-siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, Azərbaycan rəsmilərinin müzakirələrdə heç bir irəliləyişin olmamasına dair açıqlamaları, bölgənin siyasi mənzərəsi işğal altındakı torpaqların taleyi haqqında geniş ictimai müzakirəni qaçılmaz edir. VHP rəhbərliyi hər kəsdən təklif və rəylərini partiyanın mərkəzi ofisinə göndərmələrini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR