Bank Of Baku

“Sülhün və demokratiyanın inkişafında dinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib

“Sülhün və demokratiyanın inkişafında dinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib
# 29 iyun 2009 11:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik Azərbaycan Dünyası Partiyası “Sülhün və demokratiyanın inkişafında dinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiyaların nümayəndələri, dindarlar, İranın Azərbaycandakı səfirliyinin təmsilçiləri iştirak edib. Professor Əsədulla Qurbanov mövzu ilə bağlı məruzə ilə çıxış edib. O bildirib ki, həyatda alternativi olmayan məfhumlar azdır və din, demokratiya, sülh bu məfhumlar sırasındadır: “Dinin təkcə mənəvi həyatda deyil, ictimai-siyasi proseslərdə də rolu böyükdür. Dinsiz dövlətlər ola bilər, amma dinsiz cəmiyyət ola bilməz”. Ə. Qurbanovun sözlərinə görə, islam ən sonuncu din olduğundan orada ümumbəşəri ideyalar da öz əksini tapıb: “Bu gün dünyada 2 milyarda yaxın müsəlman var. Ayrı-ayrı dinlərə mənsub şəxslər könüllü olaraq islam dinini qəbul edirlər və dünya islamlaşır. Amma ayrı-ayrı mənfur qüvvələr bu prosesin qarşısını almağa çalışırlar”.

Tədbirdə iştirak edən digər şəxslər də mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR