Bank Of Baku

Azərbaycanda yeni siyasi blok yaranıb

Azərbaycanda yeni siyasi blok yaranıb
# 29 iyun 2009 13:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bir neçə iqtidaryönlü partiya “Birlik” Siyasi partiyalar bloku təsis edib. APA-nın məlumatına görə, blokda Azad Respublikaçılar, Milli Dövlətçilik, Milli Hərəkat, Demokratik Ziyalılar və Mübarizlər partiyaları təmsil olunur. Partiyalar qarşılıqlı olaraq hüquqi, təşkilatı və informativ yardım göstərməklə ölkədə siyasi mədəniyyətin inkişafına kömək etmək, respublikada seçkilərlə bağlı məsləhətləşmələri, əməkdaşlığı birgə həyata keçirmək və partiyaların mərkəzi, rayon və yerli orqanların işlərini əlaqələndirmək məsələlərində öhdəliklər götürüblər.

Sabah blokun yaranması ilə bağlı sözügedən partiyalar arasında saziş imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR