Bank Of Baku

“Qeyri-hökumət təşkilatlarının böhrandan çıxış yolu” mövzusunda debat baş tutmayıb

“Qeyri-hökumət təşkilatlarının böhrandan çıxış yolu” mövzusunda debat baş tutmayıb
# 29 iyun 2009 13:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qeyri-hökumət təşkilatlarının böhrandan çıxış yolu” mövzusunda keçirilməsi nəzərdə tutulan debat baş tutmayıb. APA-nın məlumatına görə, debata tərəf kimi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və QHT koalisiyasının sədri Qubad İbadoğlu dəvət edilib. Lakin Ə. Hüseynov toplantıya qatılmayıb. Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə tədbir öncəsi “QHT-lər haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı son məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının keçirildiyini və QHT-ləri narahat edən bütün müddəaların “QHT-lər haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər layihəsindən çıxarıldığını bildirib. A. Quliyev parlamentin sabah keçiriləcək iclasına yeni layihənin təqdim ediləcəyini deyib.

Debatın aparıcısı İlhamiyyə Rzayeva debatda tərəf kimi Azay Quliyev və Qubad İbadoğlunun çıxış etməsini, Q. İbadoğlunun tərəflər üçün nəzərdə tutulmuş yerdə əyləşməsini istədikdə ikinci bundan imtina edib. Q. İbadoğlu təşkilatçıların razılaşmanı pozduğunu söyləyib: “Siz bildirmişdiniz ki, tərəf kimi burada Əli Hüseynov iştirak edəcək”. İ. Rzayeva israr etdikdə hüquq-müdafiəçisi Sahib Məmmədov onu belə bir ciddi məsələyə proyekt kimi yanaşmaqda ittiham edib: “Qubad İbadoğlu həmin yerdə əyləşməsə, şəkil çəkilməsə, sizin proyekt alınmayacaq?” Təkidlərdən sonra Q. İbadoğlu ona ayrılmış yerdə əyləşməyə razılıq verib. Bu zaman A. Quliyev “mən bura yalnız yeni məlumatları verməyə gəlmişdim və buna görə də heç kimdən “sağ ol” gözləmirəm. Fikirlərimi dedim, indi gedirəm”, deyərək zalı tərk edib.

Q. İbadoğlu isə çıxışında QHT-lərin etiraz və narahatlıqlarının qüvvədə qaldığını bəyan edib və bur qrup QHT-nin sabah parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçirəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR