Bank Of Baku

BAXCP “Təhsil haqqında” qanunda Konstitusiyaya zidd müddəanın olduğunu bildirir

BAXCP “Təhsil haqqında” qanunda Konstitusiyaya zidd müddəanın olduğunu bildirir
# 29 iyun 2009 16:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qeyd olunub ki, “Təhsil haqqında” qanunda Azərbaycanda icbari təhsil müddətinin 11 ildən 9 ilə endirilməsi Konstitusiyanın 42-ci maddəsinə ziddir. Toplantıda orta məktəblərdə kamal attestatı verilməsindəki problemlər də təhsil sahəsində yaranan özbaşınalığın bir nümunəsi kimi göstərilib.

İdarə Heyəti İsrail prezidenti Şimon Peresin iyunun 28-də Azərbaycana səfərini də müzakirə edib. İclasda bildirilib ki, Ş. Peresin səfəri Azərbaycan üçün çox əhəmiyyətlidir, tezliklə İsraildə Azərbaycanın səfirliyi açılmalı, o cümlədən bu ölkə ilə hərbi əməkdaşlıq genişləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR