Bank Of Baku

Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə icazə verilməyib

Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə icazə verilməyib
# 30 iyun 2009 08:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti Ədalət Partiyasının Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək üçün müraciətinə mənfi cavab verib. Partiya sədrinin müavini Mütəllim Rəhimli APA-ya bildirib ki, şəhər rəhbərliyi partiyaya göndərdiyi cavab məktubunda belə bir aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb: “Bildiriblər ki, irəli sürdüyünüz tələblərlə bağlı aidiyyəti qurumlara müraciət edin”. M. Rəhimli icazəsiz aksiya keçirmək fikrində olmadıqlarını və şəhər rəhbərliyinə yenidən müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, piketin təyin olunmasına səbəb Ədalət Partiyası sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Rusiyada həbs edilməsidir. İyulun 2-nə təyin olunan piketdə E. İsmayılovun işinə ədalətli baxılması barədə tələblərin səsləndirilməsi nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR